BUMERANQKART-IN ƏLDƏ EDİLMƏSİ VƏ İSTİFADƏ QAYDALARI

1. BumeranqKartı əldə etmək üçün:

Həmçinin saytımızda qeydiyyatdan keçə bilərsiniz telefon nömərinizi təsdiqləyərək öz hesabınıza daxil ola bilərsiniz.

2. Cashback qazanmaq üçün sadəcə olaraq tərəfdaşımız olan mağaza, restoran və ya digər məkanlarda ödəniş zamanı kassada mobil tətbiqin "Kartım" bölümündə yerləşən virtual kartınızı göstərməyiniz kifayətdir.

3. BumeranqKart tərəfdaşlarının siyahısı və təqdim etdiyi cashback faizləri həm mobil tətbiqimizdə, həm saytımızda qeyd olunur. (Komissiyon haqqı daxil olmaqla)

4. Şəxsiyyət vəsiqənizin şəkillərini yüklədiyinizdən və balansınızda 7 AZN toplandıqdan sonra sizin üçün Azər Türk Bank debet kartı açılacaq və real BumeranqKart göndəriləcək. Nəzarə alın ki, debet kartın komissiyasına görə BumeranqKartınızın balansından 7 AZN çıxılacaq. Kartlarınız hazır olduqda kuryer vasitəsi ilə sizə pulsuz çatdırılacaq.

Əgər sizin Azər Türk Bankda hesabınız artıq varsa və siz Bumeranq Kartınızı həmin hesaba bağlamaq istəyirsinizsə, o zaman bizim e-mail ünvanımıza bank hesab nömrəsini göndərməyiniz kifayətdir (support@bumeranqkart.az)

5. BumeranqKart vasitəsi ilə ay ərzində toplanan cashback məbləği hər növbəti ayın 10 -na gədər debet kartınıza köçürüləcək.


6. Göstərilən xidmət müqabilində qazandığınız hər cashback-dən Bumeranq Kart sizinlə tərəfdaşlarımız arasında vasitəçi olaraq 30% komissiya tutacaq. Komissiya məbləği balansınıza cashback yüklənəndə qeyd olunacaq.