Paylaş

Bompani Cashback

  • 15

    Cashback

    Bompani

Bompani haqqında

Mağazamız ümumilikdə artıq 10 ilə yaxındır ki, fəaliyyət göstərir. Hal-hazırda da İtaliyanın məşhur mətbəx avadanlıqları istehsalçısı olan BOMPANİ şirkətinin loqosu altında çalışaraq müştəri məmnuniyyətini qoruyub saxlamaqdayıq. Mağazamızda bu şirkətin istehsalı olan modern, klassik və retro üslubunda bir çox mətbəx avadanlıqlarının (soyuducular, paltaryuyanlar, qaz plitələri, plitə üstü bacalar, mətbəx kranları, tərəzilər və s.) satışı həyata keçirilir ki, zövqlü müştərilərimiz də hərə özünə xas formada istənilən tərzdə mətbəx avadanlıqlarını bizdən ala bilirlər. Hətta Servis Mərkəzimiz vardır ki, bununla da bizdən məhsul alan heç bir şəxsin bu məhsulun gələcək halı ilə bağlı narahatçılıq keçirməyinə ehtiyac yoxdur. Keyfiyyəti üstün tutduğumuz üçün isə hələ bu vaxta qədər heç bir müştəri ilə problemimiz olmamışdır. Qısa müddətdən bir pulsuz zəng dəstəyimiz daxil olmaqla su təmizləyici vasitələrin satışı ilə də ayrıca məşğul oluruq. Ümumiyyətlə, istənilən şəxs bizim müştərmiz ola bilər və biz bundan yenə də çox məmnun olarıq. Mağazalarımız Bakı şəhərindəki Tibb Universitetinə yaxın ərazidə olan Nəsib bəy Yusifbəyli və Həsən Əliyev küçələrində yerləşirlər. Gələcəkdə də bir çox yerlərdə əlavə mağazalarımızı açmağı planlaşdırırıq. 

Bompani xəritədə