Dinner Dönər

Ünvan: İstiqlaliyyət küç., 69
Bəyənmə sayı: 0
Paylaş

Dinner Dönər Cashback

  • 10

    Cashback

    Dinner Dönər

Dinner Dönər haqqında

Gültekin Uluç və Serkan Demirel Dinner Döner markasını Ramin bəyin öndərliyində və liderliyində məhşur dönər ustası Serkan Mutlunun əməyi ilə Bakıda ləzzət həyatına qatdılar. Bu dörd şəxs öz təcrübə və bilikləri sayəsində irəlidəki 5 il ərzində Dinner Döner restoranının filiallarını şəhərin dörd bir yanında açmağı planlaşdırır. Menyu tamamilə türk məhsullarından ibarətdir: ət dönər, şaurma, ıslak burger, künefe, paxlava və bir çox məhsul. Ən gözəli də odur ki, sifariş etdiyiniz məhsullar lavaş da daxil olmaqla yerindəcə hazırlanır. Xüsusi bir resept ilə hazırlanan məhsullar qonaqlara ləzzətli sürprizlər bəxş edir. Böyük porsiyalarla servis edilən məhsullar olduqca iddialıdır. Yeni ləzzət dayanacağı olan Dinner Dönər həftənin hər günü fəaliyyət göstərir, toplam 40 nəfərlik tutuma malikdir və Bakının mərkəzində yerləşir.

Dinner Dönər xəritədə