Ünvan: 28 May küç., 33B
Facebook: Fakir
Instagram: Fakir
Bəyənmə sayı: 0
Paylaş

Fakir Cashback

  • 10

    Cashback

    Fakir

Fakir haqqında

Bu gün 86-dən çox yaşı olan global Fakir markasının qurucusu gənc mühəndis Kicherer, 1933-cü ildə Fakir markasının təməlini Mühlacker-də qurduğu elektrikli yer təmizləmə avadanlıqları emalatxanası ilə atdı. Qadınların həyatını asanlaşdıran məhsulların ilklərindən olan Fakir elektrikli yer təmizləmə avadanlıqlarının sorağı bir neçə il içərisində Almaniya sərhədlərini aşaraq dünyanın bir çox ölkəsində rəğbət görməyə başladı. Sadəcə istehsal və marketinq ilə kifayətlənməyən Fakir 1950-ci illərdə AR-GE fəaliyyətinə başladı. 1952-ci ildə sahəsində bir ilk olan fenlı qızdırıcı cihaz 101 yaradıldı. Beləliklə elektrikli yer təmizləmə avadanlığından sonra markanın 2-ci məhsulu Fakir elektrikli qızdırıcıları təqdim edildi. Eyni dövrdə ilk alüminium və ilk əl tozsoranı da icad edilib istehsal olunmağa başlandı. 1960-cı illərə gəlindiyində şirkət böyüməyə başlamış və müştəri xidmətləri inkişaf etmişdi. Mövcud istehsal müəssisəsi yetməməyə başladı və iyun 1960-da aralarında təmirxana, detal göndərmə və satış hissəsinin də olduğu bir çox bölüm fabrik 4-ə köçürüldü. Həmin dövrdə istehsal o qədər çox artdı ki, anbar sahəsi dar gəlməyə başladı. Bunun həlli isə yeni bir inşaatdı, yeni bir ərazi alınaraq burada bitmiş məhsul anbarı olaraq hazırlanan fabrik 2-nin tikintisi başladı. Bu zavodun ardından 2-cisi 1964-də, 3-cüsü isə 1966-da Fakir ailəsinə qatıldı. 1970-ci illərə gəlindiyində həm qızdırıcı, həm də tozsoran sahəsində yeni məhsullar bazara təqdim edilməyə başlandı. 1972-ci ildə Domotexnika sərgisində yeni fırçalı tozsoran 250 və zərbəli fırçalı tozsoran 250-nin təqdimatı oldu. Sonrakı illərdə edilən texnoloji dəyişikliklərlə bu modellər daha da inkişaf etdirildi. Fakir qızdırıcı sahəsində əhəmiyyətli bir böyümə sürəti yaxaladı. Yaponiyaya qədər ixracat edilməyə başlandı. Fabrik sahəsi daha böyük sahəyə yayıldı. Cəmi 3 istehsal binasından vardı: ilk binada zımbalama və istehsalı, 2-ci bina boyaxana olaraq istifadə olunurdu. Ən geniş sahəyə sahib 3-cü bina isə həm anbar, həm montaj və loqistika işlərinin gerçəkləşdiyi bölümdən ibarət idi. 1977-də həm sulu, həm də quru işləyə bilən qazanlı elektrikli tozsoran inkişaf etdirildi və S38 adıyla bazara çıxarıldı. Fakirin məhsul çeşidinə S20 tozsoranı daxil oldu, eyni il şirkət rəhbərliyinin gələcək planları çərçivəsində Stutgart Vaihingen Enz-də yeni böyük bir istehsal sahəsi aldı. İnkişaf etməkdə olan Avropa bazarının tələblərinə yönəlik olaraq Fakir öz yüksək dəyərli məhsulları ilə profil və keyfiyyət baxımından unikal olan bir ada sahib olmuşdu. 1980-ci ildə Domo texnika sərgisində 3 yenilik birdən bazara tanıdıldı: bir tərəfdən Hobby seriyasının yeni fenlı plastik qızdırıcıları, digər tərəfdən də tamamilə yeni bir satış kanalı olan Klima term hava təmizləyiciləri. Gələn reaksiyalar çox müsbət idi. Yeni dizayn və yeni istehsal səbəbiylə artıq fabrik 1 də yeni investisiyalar edilməsi lazım idi. Burda gündə 1500 ədədə qədər cihaz istehsal oluna bilirdi. 90-cı illərə gəldiyimizdə elektrikli cihazların yalnız istilətməyə deyil, soyutmağa da yarıya bildiyi düşüncəsindən hərəkət edilərək ventilyator və kondisioner istehsalına keçildi. 1996-da isə gələcək baxımından istiqamət göstərici olan yeni bir elektrikli tozsoran məhsul kanalı S sinifi inkişaf etdirildi. Yüksək performansla, amma səssiz işləyirdi. İstehsalında bir çox innovativ detal istafadə olunmuşdu. Süpürərkən hərəkət azadlığını təmin edən boru bağlantısı döndərilə bilinirdi, bununla yanaşı geniş aksessuarları vardı. Nəticədə qeyri adi bir elektrikli tozsoran istehsal olunmuşdu. Fakir şarjlı tozsoranlar və xalça yuma aparataları o illərə damğasını vuran önəmli məhsullar idi. 2000-ci illərdə Fakirin məhsul çeşidi olduqca genişləndi. 2008-ci ildə Fakirin inkişaf etdirdiyi 2 yeni elektrikli tozsoran ailəsi ən müasir enerji qənaəti texnologiyası ilə bazara çıxarıldı. Eyni zamanda yeni S və SC sinfinin bazara çıxarılması Fakirin 75-ci ildönümünə təsadüf etdi. Xalçayuma aparatları elektrikli tozsoranlar və qızdırıcılar ilə yanaşı mətbəxdə istifadə edilən kiçik ev alətləri, sağlamlıq cihazları və təmizlikdə yeni bir cığır açan buxarlı təmizləyicilər məhsul çeşidinə artırıldı. Hər keçən gün artan AR-GE çalışmaları ilə elektrikli ev alətləri bazarında fərq yaratmağa davam edən Fakir yenilikçi quruluşunu heç itirmədən sektordakı 80-ci ilini doldurdu.
Neçə 80 illərə!

Fakir xəritədə