Ünvan: İçəri Şəhər, Sabir küçəsi, ev 19
Facebook: Link
Instagram: Link
Bəyənmə sayı: 0
Paylaş

Le Kebab Cashback

  • 10

    Cashback

    Le Kebab

Le Kebab haqqında

İçəri şəhər hər zaman özündə tarixin sirlərini saxlayan, sonu görünməyən labirintə bənzər daşlı dalanlarının cazibəsindən xüsusi mənəvi zövq alan yaradıcı insanların ilham mənbəyi olub. Belə bir tarixi məkanda öz adını Azərbaycan filmi olan “Dərviş Parisi Partlatdı” filmində səslənən Le Kebab ifadəsindən alan və menyusunda milli Azərbaycan mətbəxi ilə yanaşı, qonşu ölkələrində milli mətbəxini əks etdirən Le Kebab Old City restoranı fəaliyyət göstərir. Restoranın birinci mərtəbəsi iki yerə ayrılır, birinci zal və ikinci zal. Birinci zal həm dizaynına və həmdə interyerinə görə binanın tarixliyini əks etdirir, bununla yanaşı İçəri Şəhərin tarixi daşlı dar küçəsi görsənir. İkinci zal isə daha çox xüsusi şüşə işləmələrlə bəzədilmiş interyerlə müştərilərdə qədim ev mühütü formalaşdırır. Restoranın ikinci mərtəbəsi əsasən zitafətlərin təşkili üçündür. Geniş zal və ev mühütü bu məkanın önəmli xüsusiyyətlərindən biridir.

Restoranın müştərilər tərəfindən rəğbət qazanmasının ən başlıca səbəbi sakit bir məkan olmasıdır ki, insanlar şəhərin səs-küyündən qaçaraq bu restoranda milli mətbəxin dadlı təamlarını dadaraq sakitçilikdə istirahət edirlər. Restoranın terrassı isə insana bir başqa rahatlıq bəxş edir. Restoranın yerləşdiyi küçə istənilən hava şəraitində terrasda oturmağa imkan verir ki, müştərilər terarssda olan zaman qədim şəhərin varlığını hiss edirlər. Burada öz işini peşəkarcasına bilən və hər müştəriyə sevgi ilə yanaşan aşpaz və ofisantlar çalışmaqdadır. Eyni zamanda elə restoranın öz aşpazının ekslüziv reseptləri daim qonaqlar tərəfindən rəğbət qazanır. “Le Kebab Old City” restoranı İçəri şəhərin mərkəzində, Sabir küçəsi 9 ünvanında yerləşir. Masaları rezerv etmək üçün nömrəsinə zəng edərək bu təkrarolunmaz məkanın rahatlığından və əsrarəngiz mühitindən həzz ala bilərsiniz.

Le Kebab xəritədə

Partnyorlarımız