Miras Futbol Klubu

Ünvan: Hüseyn Cavid pr. 127M., Azfar Elmlər Stadionu
Facebook: Link
Instagram: Link
Bəyənmə sayı: 0
Paylaş

Miras Futbol Klubu Cashback

  • 2

    Aylıq ödəniş

    Miras Futbol Klubu

  • 5

    Birinci ödəniş

    Miras Futbol Klubu

Miras Futbol Klubu haqqında

Miras Uşaq Futbol Klubu

Futbol məktəbinin məşqçilər korpusuna, tanınmış məşqçi, UEFA “PRO” kateqoriyasına sahib olan, SSRİ dövründə futbolçu kimi 17 yaşlılar arasında Dünya, 19 yaşlılar arasında isə Avropa çempionu adını qazanmış, Arif Əsədov rəhbərlik edir. Qeyd edək ki, 2010/2011-ci illər mövsümündə Neftçi futbol klubu məhz Arif Əsədovun rəhbərliyi altında ölkə çempionu adına layiq görülmüşdür.

Klubun bazası H.Cavid prospkti 127m (Elmlər Akademiyası metrosunun yaxınlığında) ünvanında yerləşır. Məşqlər FİFA standartlarına uyğun qurulmuş yüksək keyfiyyətli süni ot örtüyü, rahat soyunub-geyinmə otaqları və duş kabinələri ilə təchiz edilmiş AZFAR futbol meydançasında keçirilir. Sözügedən meydançaların ətrafında çoxsaylı avtomobil dayanacaqları mövcuddur. Məşqlərin gedişini rahat izləmək məqsədilə gənc futbolçuların valideynləri üçün xüsusi istirahət zonası yaradılmışdır.

Kluba 6-13 yaş arası uşaqlar qəbul olunur. Məşqlər bazar ertəsi, çərşənbə və cümə günləri 15:00 – 16:00 və 17:00 – 18:00 saatlarında keçirilir.

“MİRAS FK”-ya üzv olmuş hər bir gənc futbolçu təmənnasız olaraq məşq forması ilə təmin olunur.

İlk sınaq məşğələ hər bir gənc futbolçu üçün pulsuzdur. 

 

Miras Futbol Klubu xəritədə

Partnyorlarımız