Ordubad Restoran

Ünvan: Səttar Bəhlulzadə küç., 29
Bəyənmə sayı: 0
Paylaş

Ordubad Restoran Cashback

  • 5

    Cashback

    Ordubad Restoran

Ordubad Restoran haqqında

Bizim restoran Azərbaycanın gözəl, tarixi guşəsi – Naxçıvanın Zəngəzur silsiləsində yerləşən Ordubad mahalına aid milli mətbəxi süfrələrinizə gətirir. Bütün restoranın üslubu qədim Naxçıvan diyarının Ordubada xas elementləri ilə bəzədilib. Siz bizim restoranda milli mətbəxin etnik yeməkləri ilə yanaşı həmçinin yerli və xarici istehsallı gözəl şərabları da dada bilərsiniz.

Sizi, dostlarınızı və yaxınlarınızı yadda qalan gün keçirməyə və Azərbaycan, eləcə də Avropa mətbəxinin təamlarını bizim mehriban və gözəl etno-restoranımızda dadmağa dəvət edirik.

Bizim restoran türk xalqı üçün səciyyəvi olan səmimi qonaqpərvərliyi ilə etnik mədəniyyətə töfhədir. Burada Siz qədim xalqın gözəl mətbəxi ilə yaxından tanış ola və dadlı təamları dada bilərsiniz. 

Ordubad Restoran xəritədə