The Toy Store

The Toy Store Cashback

  • 10

    Cashback

    The Toy Store

The Toy Store haqqında

The Toy Store Mağazaları Azərbaycanın bütün oyuncaq kateqoriyalarını əhatə edən ən geniş və ən yaxşı seçmə oyuncaqlarını təklif edir: oğlan və qız oyuncaqlarından, məktəbəqədər və uşaq oyuncaqlarına, tikinti oyuncaqlarından, outdoor və elmi oyuncalara qədər.

Toy Store Azerbaijan oyuncaqların rəngli dünyası və hər şeyin əyləncəli olduğu bir məkandır.

30 illik pərakəndə satış təcrübəsinə əsaslanaraq, 2004-cü ildə biz oyuncaqlara həsr olunan öz marka və pərakəndə mağazamızı yaratmaq imkanı əldə etdik. Bu gün, BƏƏ və Bəhreyndə 55,000 kvadrat metrdən çox pərakəndə satış sahəsi olan The Toy Store Ərəb Körfəzi bölgəsində ən çox oyuncaq təqdim edən şirkətdir.

Hazırda The Toy Store Azerbaijan olaraq Bakı şəhərində 2 daimi, 2 mövsümi mağazamızla xidmət göstəririk. Daimi mağazalarımız Səməd Vurğun küçəsi, 34 və Heydər Əliyev prospekti, 5.5A, 5B ünvanlarında fəaliyyət göstərir. Mövsümi mağazalarımız isə yay aylarında “Dalga Beach Aqua Park” və “Amburan Beach”də fəaliyyət göstərir.

Yenilikçi konsepsiyamız gündəlik oyuncaq dükanları təcrübəsindən uzaqlaşmaq, pərakəndə ticarətdə ifadə etmək üçün yeni bir məna gətirir. Nümayişlər, müsabiqələr, yarış trekləri, mağazalarımızın mövcud olan üstünlüklərindən bir neçəsidir. Bu üstünlüklər uşaqlara həyəcanverici və əyləncəli bir atmosfer bəxş edərkən, onlara mağazada oyuna toxunma imkanı da verir.

Bütün mağazalarımızda cib pul oyuncaqlarından yüksək eksklüziv hədiyyələrə qədər bütün məhsullar üçün ən yüksək keyfiyyət standartlarını təyin və təmin edirik. Bizim unikal təcrübəmiz, hər kəs üçün bir şey təklif edir: istər yeni doğulmuş körpə olsun, istərsə də böyük uşaq. Bizim mehriban və peşəkar heyətimiz, mağazadakı sehrli mühit və bol oyuncaq çeşidinin olması The Toy Store-un həmişə gözləntiləri qarşılayacağına zəmanət verir.

The Toy Store xəritədə