Vapiano Gənclik Mall

Ünvan: Gənclik Mall., Fətəli Xan Xoyski küç.
Bəyənmə sayı: 0
Paylaş

Vapiano Gənclik Mall Cashback

  • 10

    Cashback

    Vapiano Gənclik Mall

Vapiano Gənclik Mall haqqında

Vapiano – italyan restoranlar şəbəkəsi 2002-ci ildə Almaniyanın Qamburq şəhərində ilk restoranının qapısını müştərilərin üzünə açmışdır.2014-cü ilin 8 Fevral tarixində isə Bakıda ölkə üzrə birinci Vapiano restoranının açılışı olmuşdur, hansıki Ü.Hacıbəyli 6/8 (molokan bağının yanı) ünvanında yerləşir. 2016 Dekabr ayinin 23 dən Gənglik moldada Vapiano fəaliyyat göstərir.Artıq bir neçə ildir ki, Vapiano təkrarolunmaz atmosfer və yüksək professionallığa malik xidməti ilə çoxlarının ürəyinə yol tapıb.Buraya gələn müştərilər, həm də zamanla dosta çevrilmiş arzuolunan qonaqlardır.Yuksək innovativ konsepsiyaya malik restoranlar şəbəkəsi Vapiano – özündə “rahat mühit” və “hərgün təzə” prinsiplərini birləşdirir.Keyfiyyət və təzəlik konsepsiyası əsasında fəaliyyət göstərən Vapiano-nu qədim italyan atalar sözü ilə ifadə etmək olar “Chi va piano va sanno e va lontano” (“Tələsməsən, sağlam qalacaq və daha çox gedəcəksən”) Pasta və pizza eynilə sous və ədviyyatlar gundəlik olaraq restoranda hazırlanır.Daha sonra isə bir neçə dəqiqəyə qonaqlara təqdim olunur.Məhz bu Aralıq dənizi atmosferi və əlverişli qiymətlər Vapianonu uğura aparan əsas meyardır.Hazırda dünyanın 33 ölkəsində 200 dən artıq restoran fəaliyyət göstərməkdədir.

 

Vapiano Gənclik Mall xəritədə