Ən çox verilən suallar

Cashback - xərclədiyiniz pulun sizə geri qaytarılan hissəsidir. BumeranqKart isə cashback qazanmağınız üçün ən sərfəli vasitədir.

BumeranqKart müxtəlif mağaza, restoran və digər məkanlarda etdiyiniz hər ödənişdən sonra sizə xərcinizin bir hissəsini geri qaytaran xidmətdir. Bank sektorunda tətbiq olunan ənənəvi cashback xidmətindən fərqli olaraq, kartımız həm nəğdsiz, həm də nəğd ödənişlər zamanı keçərlidir.

BumeranqKart vasitəsi ilə qazandığınız hər cashback ay ərzində üst-üstə toplanır və növbəti ayın əvvəlində sizə verəcəyimiz Azər Türk Bankın debet kartına yüklənir. Həmin məbləği siz həm nəğdsiz ödənişlər üçün xərcləyə, həm də nəğdləşdirə bilərsiniz.

  • App Store və ya Google Play-dən "BumeranqKart" mobil tətbiqini yükləyin
  • Qeydiyyatdan keçin
  • E-mail ünvanınızı təsdiqləyin

Həmçinin saytımızda qeydiyyatdan keçə bilərsiniz və e-mail ünvanınızı təsdiqləyərək eyni e-mail və şifrə ilə mobil tətbiqdə öz hesabınıza daxil ola bilərsiniz.

Tətbiqin "Kartım" bölümündəki virtual kart vasitəsi ilə ilk cashback qazandığınızdan sonra 3-4 iş günü ərzində real kart qeyd etdiyiniz ünvana çatdırılacaq.

Öncə şəxsi kabinetinizdə şəxsiyyət vəsiqənizin hər iki tərəfini yükləyin. Bu sizin adınıza debet kartının açılması və cashback məbləğinin nəğdləşdirilməsi üçün lazımdır.

Azər Türk Bank-da artıq hesabınız varsa - mövcud bank hesabınızın nömrəsini bizim e-mail ünvanımıza göndərin (support@bumeranqkart.az).

Əgər Azər Türk Bank-da hesabınız yoxdursa, Bumeranq kartın balansından 7 AZN avtomatik olaraq silinəcək və debet kartı sifariş olunacaq. Debet kartınız hazır olduqda kuryer vasitəsi ilə sizə pulsuz çatdırılacaq.

Azər Türk Bank “BumeranqKart” MMC-in bank tərəfdaşıdır.

Servisimiz heç bir məhdudiyyət qoymur, siz istənilən məbləğdə alış-veriş edə bilərsiniz.

BumeranqKart-ın əsas üstünlüyü onun həm nəğdsiz, həm də nəğd ödənişlər zamanı keçərli olan ilk cashback layihə olmasındadır. BumeranqKart tərəfdaşlarının siyahısı ən keyfiyyətli geniş çeşidli məhsulları və yüksək xidmət səviyyəsini təklif edən etibarlı şirkət və müəssisələrdən ibarətdir.

BumeranqKart müddətsizdir və pulsuzdur.

“BumeranqKart” tətbiqi vasitəsi ilə və ya www.bumeranqkart.az saytı vasitəsi ilə şəxsi kabinetinizə daxil olmaqla öz cari və ya ötən ayların balansını öyrənə bilərsiniz.

Növbəti ayın əvvəlində yeddi iş günü ərzində hesabınıza ay ərzində qazandığınız cashback məbləği köçürülür.

Ödəniş növbəti iş günü ərzində istifadəçinin bank hesabına köçürülür.

Göstərilən xidmət müqabilində qazandığınız hər cashback-dən BumeranqKart sizinlə tərəfdaşlarımız arasında vasitəçi olaraq 30% komissiya tutacaq. Komissiya məbləği balansınıza cashback yüklənəndə qeyd olunacaq.

Balans - müştərinin 30 gün ərzində xərclədiyi pul vəsaitinin cashback-idir və həmin cashback bankda hesab açılmayanadək növbəti aya keçmir. “BumeranqKart” tətbiqi vasitəsi ilə və ya www.bumeranqkart.az saytı vasitəsi ilə şəxsi kabinetinizə daxil olmaqla öz cari və ya ötən ayların balansını yoxlaya bilərsiniz.

Aylıq hesabat müştərinin BumeranqKart vasitəsilə apardığı ödənişlərin gündəlik hesabatı əsasında ötən ayın nəticələrinin statistikasıdır. Virtual hesabdakı cashback məbləği hər növbəti ayın 7 (yeddi) iş günü ərzində istifadəçinin tərəfdaş-bankda açılan hesabına köçürülür. Bu prosedur müştərinin qeydiyyatı bitdikdən və virtual hesabın balansı tələb olunan məbləğə çatdıqdan sonra baş verir.

Kartım bölməsində sizin virtual kartınız və QR-kod yerləşir. QR-kod vasitəsi ilə siz şəxsi BumeranqKartınıza aid olan məlumatı tərəfdaşımızın əməkdaşına (satıcı, xəzinədar, administrasiyaya) sürətlə ötürə bilərsiniz.

QR-kod – müxtəlif məlumatların və BumeranqKart şəxsi nömrənizin kodlaşdırıldığı xüsusi ştrix-koddur. QR-kodun əsas üstünlüyü onun ən sadə skan etmə avadanlığı (telefon) vasitəsilə tez və asan tanınmasındadır. Bu da cəmi bir neçə saniyə ərzində əl ilə yığılan mətni səhvsiz aidiyyatı olan şəxsə göndərməyə imkan verir.

Partnyorlarımız