BUMERANQKART-IN ƏLDƏ EDİLMƏSİ VƏ İSTİFADƏ QAYDALARI

1. BumeranqKartı əldə etmək üçün:

  • App Store və ya Google Play-dən "BumeranqKart" mobil tətbiqini yükləyin
  • Qeydiyyatdan keçin
  • E-mail ünvanınızı təsdiqləyin

Həmçinin saytımızda qeydiyyatdan keçə bilərsiniz və e-mail ünvanınızı təsdiqləyərək eyni e-mail və şifrə ilə mobil tətbiqdə öz hesabınıza daxil ola bilərsiniz.

2. Cashback qazanmaq üçün sadəcə olaraq tərəfdaşımız olan mağaza, restoran və ya digər məkanlarda ödəniş zamanı kassada mobil tətbiqin "Kartım" bölümündə yerləşən virtual kartınızı göstərməyiniz kifayətdir. İlk qazandığınız cashback-dən sonra sizə real Bumeranqkart göndəriləcək və siz həm virtual, həm real BumeranqKart eyni qaydada istifadə edə biləcəksiniz.

3. BumeranqKart tərəfdaşlarının siyahısı və təqdim etdiyi cashback faizləri həm mobil tətbiqimizdə, həm saytımızda qeyd olunur.

4. Şəxsiyyət vəsiqənizin şəkillərini yüklədiyinizdən və balansınızda 7 AZN toplandıqdan sonra sizin üçün Azər Türk Bank debet kartı açılacaq və BumeranqKartınızın balansından 7 AZN çıxılacaq. Debet kartınız hazır olduqda kuryer vasitəsi ilə sizə pulsuz çatdırılacaq.

Əgər sizin Azər Türk Bankda hesabınız artıq varsa və siz Bumeranq Kartınızı həmin hesaba bağlamaq istəyirsinizsə, o zaman bizim e-mail ünvanımıza bank hesab nömrəsini göndərməyiniz kifayətdir (support@bumeranqkart.az)

5. BumeranqKart vasitəsi ilə ay ərzində toplanan cashback məbləğ hər ayın növbəti 7 (yeddi) iş günü ərzində debet kartınıza köçürüləcək.


6. Göstərilən xidmət müqabilində qazandığınız hər cashback-dən Bumeranq Kart sizinlə tərəfdaşlarımız arasında vasitəçi olaraq 30% komissiya tutacaq. Komissiya məbləği balansınıza cashback yüklənəndə qeyd olunacaq.
 

Partnyorlarımız