BumeranqKart nədir?

BumeranqKart Cashback Service nədir?

Cashback - xərclədiyiniz pulun sizə geri qaytarılan hissəsidir. BumeranqKart isə cashback qazanmağınız üçün əla vasitədir.

Məsələn, 20% cashback qazandıran mağaza və ya restorana getmisiniz, hesabınız 100 azn edib. Siz 100 azn ödəyirsiniz, amma ödədiyiniz 100 manatın 20%-i sizin Bumeranq Kartınıza yüklənir. Ay ərzində topladığınız bütün məbləğ ayın sonunda sizə verəcəyimiz Azər Türk Bank debet kartına köçürülür. Həmin kart vasitəsi ilə siz istənilən ödənişləri həyata keçirə və ya vəsaitinizi nəğdləşdirə bilərsiniz.

Bank məhsulu olan cashback kartlarından fərqli olaraq BumeranqKart həm nəğdsiz, həm də nəğd ödənişlər zamanı keçərlidir.
 

Necə işləyir?

1. BumeranqKart vasitəsi ilə cashback qazanmaq üçün sadəcə olaraq ödəniş zamanı kassada mobil tətdiqin "Kartım" bölümündə yerləşən virtual kartınızı göstərməyiniz kifayətdir. İlk qazandığınız cashback-dən sonra sizə real Bumeranqkart göndəriləcək və siz həm virtual, həm real BumeranqKart eyni qaydada istifadə edə biləcəksiniz.

BumeranqKart sayəsində hər alış-verişdə xərclədiyiniz vəsaitin bir qismi virtual hesabınıza yüklənəcək.

2. Şəxsiyyət vəsiqənizin şəkillərini yüklədiyinizdən və balansınızda 7 AZN toplandıqdan sonra sizin üçün Azər Türk Bank debet kartı açılacaq.

3. Hər ayın əvvəlində BumeranqKart hesabınızda toplanmış bütün cashback-i həmin debet kartı vasitəsi ilə nəğdləşdirə bilərsiniz.

 

Haqqımızda

BumeranqKart MMC şirkəti yeni məhsul və xidmətləri yaradan və uğurla tətbiq edən peşəkarlar komandasından ibarətdir.

Biz böyük sosial və kommersiya layihələri həyata keçirməyi bacaran insanları bir araya gətirdik. Bizimlə çalışan bütün əməkdaşların müxtəlif genişmiqyaslı məsələləri həll etməyə qadir və şirkətin inkişafına mühüm töhfə verən insan olmaqları bizim üçün çox vacibdir.

Layihənin əsas sxeminə uyğun olaraq məhsulların/xidmətlərin əldə edilməsinə xərclənən vəsaitlərin bir hissəsi tərəfdaşımız olan Azər Türk Bankda açılmış bank hesabında müştəriyə geri qaytarılacaq.

Beləliklə, bu layihə nəğdsiz və nəğd ödənişlərdən pulun qaytarılması ilə məşğul olan ilk cashback servisdir.

BumeranqKart tərəfdaşlarının siyahısı ən keyfiyyətli geniş çeşidli məhsulları və yüksək xidmət səviyyəsini təklif edən etibarlı şirkət və müəssisələrdən ibarətdir.

Missiyamızı Azərbaycanda insanları birləşdirən, həm özünə, həm də ailə üzvlərinə sevinc gətirən və həyatlarını zənginləşdirən unikal xidmətin yaradılmasında görürük.

Məqsədimiz, əlçatan xidmət və rahat istifadəni təmin etməkdir.

Biz əminik ki, müştərilərimizin tələbatlarını bildiyimiz üçün yüksək səviyyəli mütəxəssislərin çalışması, yeni texnologiyaların tətbiqi və şirkətin inkişafında sistemli yanaşma sayəsində məqsədimizə çatacağıq!

*Göstərilən xidmət müqabilində qazandığınız hər cashback-dan Bumeranq Kart sizinlə tərəfdaşlarımız arasında vasitəçi olaraq komissiya tutur, Komissiya məbləği balansınıza cashback yüklənəndə qeyd olunacaq.

Partnyorlarımız